AZ

Ərazi mübadiləsi ilə bağlı yayılan İDDİALAR: Paşinyan hakimiyyətinin məqsədi məlum oldu – AÇIQLAMA

“Hələlik delimitasiya prosesi başlamayıb deyə, ərazilərin mübadiləsi haqqında geniş məlumat yoxdur. Ortada olan yeganə müzakirə mövzusu Azərbaycanın 8 kəndindən 4-nün ilk mərhələdə qaytarılmasıdır. Digər 4-nün isə növbəti mərhələdə qaytarılması haqqında razılaşmanın olduğu qeyd olunub”.

Bu barədə Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Siyasi təhlilçi Qazaxın 4 kəndinin qaytarılmasından sonra delimitasiya prosesi çərçivəsində ərazi mübadilələrinin olması ilə bağlı erməni mətbuatının iddialarına münasibət bildirib.
E. Xalidbəyli isə düşünür ki, ərazi mübadiləsi mövzusu yeni ortaya çıxan məsələdir.

“Çünki belə bir məsələnin müzakirə olunması barədə hər iki tərəf heç vaxt rəsmi açıqlama verməyiblər. Ona görə də bu məsələ hələlik anlaşılmaz olaraq qalır. Ümumiyyətlə, ərazi mübadiləsinin olub-olmayacağı da məlum deyil. Çünki delimitasiya və demarkasiya məsələsinin həll olunması üçün, ilk növbədə, xəritələrin müəyyən olunması lazımdır. Ona görə ki, indiyə qədər Almatı Bəyannaməsindən danışılsa da, hansı illərə aid xəritə əsasında delimitasiya aparılacağı barədə razılaşma hələlik əldə olunmayıb”, – deyə o əlavə edib.
Onun fikrincə, bu barədə danışmaq tezdir və ərazi mübadiləsinin olub-olmayacağı məlum deyil:

“Böyük ehtimalla, ərazi mübadiləsi ilə bağlı yayılan iddialar Ermənistanın daxili auditoriyası üçün hesablanmış məlumat ola bilər. Çünki İrəvanda 4 kəndin geri qaytarılması ilə bağlı məsələyə daxili qüvvələr həddindən artıq aqressiv münasibət göstərir. Hazırda Paşinyan həm Ermənistan cəmiyyətinə, həm də bölgədə yaşayan adamlara məsələni izah etməklə məşğuldur. Ermənistan daxilində hakimiyyətə qarşı güclü bir müqavimət var və baş nazirlə bağlı problemlər mövcuddur. Ola bilsin ki, Paşinyan hakimiyyəti bu mövzunu ortaya atmaqla daxildə ola biləcək etiraz dalğasının nisbətən zəifləməsinə çalışır”.

Xatırladaq ki, erməni mətbuatının iddiasına görə, sərhədlərin delimitasiya prosesi ərazi mübadilələri ilə həyata keçiriləcək. Yerli KİV iddia edir ki, Coğazçay su anbarının şimalında yerləşən Odundağ yüksəkliyi Azərbaycana, Əskipara çayının qərb sahili isə Ermənistana veriləcək.

Rafi Müslümov

Seçilən
24
23
Mənbələr
Şərh ()
Bağla