AZ

Stop nişanında dayanmayan sürücü yol polisinə təhlükə yaratdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 12-də, paytaxtın Ələsgər Ələkbərov küçəsində baş verib. Belə ki, 90-LF-180 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü stop nişanında dayanmadan yolayrıcına daxil olub. Bu zaman baş yolla hərəkət edən yol polisi avtomobilinin qarşısına çıxaraq ona qəza şəraiti yaradıb.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə, 3 bal 80 manat cərimə nəzərdə tutulub.

 

Leyla

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla