AZ

Klopp: "Bütün diqqətimizi Premyer Liqaya yönəltməliyik"

"Liverpul" UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində "Atalanta"ya ümumi hesabda 1:3 məğlub olaraq mübarizəni dayandırdı.

Futbolpress.az xəbər verir ki, İngiltərə komandanın baş məşqçisi Yurgen Klopp bundan  sonra bütün diqqətlərinin Premyer Liqaya yönəldəcəklərini deyib:

"Aydın idi ki, ilk oyundan sonra qələbə qazanmaq çətin olacaqdı. Məğlub olduq, lakin komandamın oyunundan zövq aldım. İndi bütün diqqətimizi Premyer Liqaya yönəltməliyik. İndi bizim bir yarışımız qalıb və biz buna görə əlimizdən gələni edəcəyik".

Komanda Premyer Liqada 71 xalla 3-cüdür. Onlar lider "Mançester Siti"dən 2 xal geri qalırlar.
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla