AZ

Rauf Əliyev üçün fərqli və yeniliklərlə dolu yeni başlanğıc

Bakı. Trend:

Komanda ilə birlikdə hazırlıqlarımız davam edir.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisiRauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinəçağırılmasını dəyərləndirib. Bu növ üzrə “İnter”də çıxış edənƏliyevin sözlərinə görə, təklif onu bir qədər düşündürsə də, müsbətcavab verib: “Bu mənim üçün maraqlı bir başlanğıc olacaq. Çünkiböyük futbolla indiki minifutbol arasında müəyyən fərqlər var.Məşqlərə başlamışıq. Yığma ilə birlikdə Monteneqrodahazırlıqlarımız davam edir”.

O bildirib ki, minifutbol yığmasında daha sürətli və hərəkətliolmalıdır: “Veteran futbolçularla birgə çempionatda “İnter”də çıxışedirik. Bu baxımdan futboldan uzaq qalmamışam. Buna görə də müəyyənboşluqları məşqlərlə aradan qaldırmaq olar. Təbii ki, çətinliklərolacaq. Amma bunun öhtəsindən gəlməliyəm. Fərqli və yeniliklərlədolu bir dönəm olacağını düşünürəm”.

Qeyd edək ki, yığma aprelin 30-da Serbiya, Bosniya vəHerseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağıturnirdə iştirak edəcək.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla