AZ

"Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov torpağımı zəbt edib" - İTTİHAM

Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılovdan redaksiyamıza şikayət daxil olmuşdur. Həmin şikayəti oxucularımıza və aidiyyatı dövlət qurumlarının diqqətinə çatdırırıq.

Paytaxt.org-a müraciət edən Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bildirir ki, o, 2007-ci ildə Ağsu rayonunun Ərəbsarvan kənd bələdiyyəsindən 100 hektar bir, 24 hektar da bir olmaqla, heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə torpaq sahəsini icarəyə götürüb.  Yuxarı Şirvan Kanalının cənub tərəfində Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə, təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları, anbar olmaqla, ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb. Sonradan özünün digər işlərilə əlaqədar təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məhəmməd oğlu Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödəndiyini və işlərin tam qaydasında getdiyini bildirən müraciət sahibi, bildirir ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib:

“Hər şey də bundan sonra başladı. Bir müddət başımız hüzrə qarışıq oldu. Həm də özümün digər işlərimi də qaydasına salmalı idim. Əraziyə baş çəkməyə gedəndə gördüm ki, ərazidəki tikintilər dağıdılıb, əvəzində başqa adamlar ərazidə böyük tikinti işləri aparır. Soruşdum, dedilər Mikayıl İsmayılov ərazini alıb. Bələdiyyəyə üz tutdum. O vaxtlar bələdiyyə sədri olan Gülsüm Əhmədovadan nə baş verdiyini soruşdum. Bildirdi ki, qardaşın yeri Mikayıl müəllimə satıb. Dedim, qardaşım haqq dünyasındadı, yoxluğundan istifadə eləməyin, müqavilə 30 illik mənim adımadı, əgər qardaşımın elə bir fikri olsaydı, mənə məsləhət edərdi, ailəsinə xəbər verərdi...

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla