AZ

Prezident İlham Əliyevin növbəti qələbəsi: Ermənistan Qazaxın 4 kəndini qaytarır

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyasıvə sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizincigörüşü keçirilib.

Trend xəbər verir ki, görüşdə razılığa gəlinib ki, delimitasiyaprosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrıhissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcudolduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədəuyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) -Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER)- Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitəkeçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsvirikoordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraqdəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflərarasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirləsənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Xəbər yeniləncək

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla