AZ

Zidan Bundesliqa klubu ilə anlaşdı

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Bavariya" ilə müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Qeyd olunub ki, bəzi məsələlər tam razılaşdırılmadığı üçün müqavilə imzalanmayıb.

Həmçinin bildirilir ki, Zidan klub rəhbərliyindən bir neçə müdafiəçi almağı xahiş edib.

Fransalı mütəxəssis 2021-ci ildən "Real"dan ayrıldıqdan sonra işsizdir.

Bundesliqa klubunun hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.
Seçilən
144
3
Mənbələr
Şərh ()
Bağla