AZ

"Ukraynanın ölkədən kənardakı hədəfləri vurmaq hüququ var"

"Ukraynanın təyyarələri vurmaq və Ukrayna ərazisindən kənarda yerləşən digər hədəfləri vurmaq hüququ var".

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

Onun sözlərinə görə, Ukrayna ərazisinə hücum etmək üçün istifadə edilən Rusiya təyyarələrini vurmaq bacarığı Kiyevin özünümüdafiə hüququnun bir hissəsidir.

Stoltenberq əlavə edib ki, Kiyevin bəzi müttəfiqləri NATO-Ukrayna Şurasının iclasında hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, bundan əvvəl Stoltenberq vurğulayıb ki, alyans ölkələri Ukraynanı sursat və hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidir.

Turan İSMAYIL

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla