AZ

3 ay ərzində neft və qazdan 3 milyard manat gəlir gəlib

2024-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 421,4 milyon manat olub.

Bu barədə Azpost.info-ya Dövlət Neft Fondundan məlumat verilib.

Burada mənfəət neftinin və qazın satışından 2 645,5 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat təşkil edib.

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 846,9 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla