AZ

NATO ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri verməyi qərara alıb

NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasından sonra blok ölkələrinin müdafiə nazirlərinin Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təhvil verməyi qərara aldığını bildirib.

O, həmçinin bəyan edib ki, Ukrayna silahlı qüvvələri ölkə ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirmək hüququna malikdir. O, bunu Ukraynanın özünümüdafiə hüququ ilə izah edib.

Editor.az bildirir ki, Stoltenberq YouTube-da yayımlanan mətbuat konfransında deyib: “Müttəfiqlər hərəkətləri gücləndirmək və hava hücumundan müdafiə də daxil olmaqla əlavə hərbi dəstək vermək barədə razılığa gəliblər. Alyansın baş katibinin sözlərinə görə, müttəfiqlər hələ də hava hücumundan müdafiə sistemlərinə, o cümlədən “Patriot” sistemlərinə malikdirlər ki, bu sistemlər öz təhlükəsizliyinə xələl gətirmədən Ukraynaya verilə bilər.

Əgər alyans üzvləri Ukraynaya ancaq özlərinə lazım olan silahları ötürə bilirlərsə, o zaman yenə də risk edib göndərməlidirlər, – Stoltenberq əlavə edib. Baş katib deyib ki, silah və sursatın tədarükü təkcə Ukraynaya hərbi əməliyyatlar aparmağa imkan vermir, həm də NATO-nun özünün təhlükəsizliyini təmin edir.

Bir gün əvvəl, aprelin 18-də Yens Stoltenberq bildirmişdi ki, NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çalışırlar. Alyans üzvləri Ukrayna hakimiyyətinin tələbi ilə “Patriot” zenit-raket komplekslərinin göndərilməsi üzərində işləyirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
167
23
Mənbələr
Şərh ()
Bağla