AZ

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

Tehranda İsrailin İran ərazisinə zərbələrinin Azərbaycandan həyata keçirilə biləcəyi barədə məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani İrəvanda keçirilən illik “Vorotan” ekspert forumunda jurnalistin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, İsrailin bu gün İrana endirdiyi məhdud cavab zərbəsi zamanı PUA-ların məhz İran ərazisindən qaldırıldığı ehtimal edilir. Çünki bu qədər uzaq məsafədən İsrail PUA-larının İrana doğru uçuşu qeydə alınmayıb.

Azərbaycan isə heç vaxt qonşu ölkələrə, xüsusilə İrana qarşı öz ərazisindən istifadəyə imkan verməyəcəyini ən yüksək səviyyədə dəfələrlə bəyan edib.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla