AZ

ABŞ İsraili dəstəkləməyəcək – Entoni Blinken

İsrailin Rəfah şəhərində həyata keçirməyi planlaşdırdığı böyük hərbi əməliyyat şəhərdə çoxlu sayda mülki əhalinin olması səbəbindən ciddi nəticələrə səbəb ola bilər.

Hazırda şəhərdə 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının qalan hissəsindən didərgin düşüb. Bu səbəbdən Birləşmiş Ştatlar İsrailin əməliyyat keçirmək planlarını dəstəkləyə bilməz.

Editor.az bildirir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib: “Hazırda Rəfahda təxminən 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının digər ərazilərindən didərgin düşüb… insanlarınplanlı şəkildə çıxarılması lazım olan ən vacib vəzifədir” – Blinken bildirib. O, əlavə edib ki, İsrailin Qəzzadakı məqsədlərinə Rəfah əməliyyatı olmadan da nail olmaq mümkündür.

ABŞ hökuməti müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqdir. Bununla belə, İsrail üçün təhlükəsizlik təminatlarının olması da zəruridir, – deyə dövlət katibi aydınlıq gətirib. Onun sözlərinə görə, bunun vaxtı hələ çatmayıb, çünki indi regionda vəziyyəti yaxşılaşdırmaq lazımdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
23
Mənbələr
Şərh ()
Bağla