AZ

ABŞ Çini Tayvanla birləşməyə hazır hesab edir

Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib.

“Düşünürəm ki, Si Cinpin bütün siyasi həyatı boyu Tayvanı nəzarətdə saxlamaq üçün hərəkətə keçməkdə qərarlıdır. Bu o demək deyil ki, o, sabah, gələn ay və ya gələn il adayı işğal etməyi planlaşdırır. Bu o deməkdir ki, ABŞ bu ambisiyaları çox ciddi qəbul etməlidir”, – deyə Börns bildirib.

Bundan əvvəl ABŞ və Tayvan adanın silahlı qüvvələrinin səhra kommunikasiya komplekslərinin saxlanması ilə bağlı saziş bağlamışdı.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla