AZ

“Beşiktaş” 5 tur aradan sonra qələbə qazandı

Türkiyə Süperliqasında 33-cü tura start verilib.

İdmanxeber.az məlumat verir ki, turun ilk görüşündə “Beşiktaş” “Ankaragücü”nü qəbul edib. Hər hissədə bir qol vuran “qara-qartal” 2:0 hesabıyla qələbə qazanmağı bacarıb.

“Beşiktaş”a qələbə gətirən qolları Ernest Muçi və Cekson Muleka vurub. İstanbul klubu 5 turluq fasilədən sonra qalibiyyətə sevinib.

Xatırladaq ki, 4 gün aradan sonra “Ankaragücü” və “Beşiktaş” Türkiyə Kubokunda yenidən üz-üzə gələcək.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla