AZ

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

2025-ci ildə satışa çıxarılacaq "iPhone 17 Plus" digər Plus seriyalı smartfonlarla müqayisədə daha kiçik ekrana sahib olacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" portalı "Display Supply Chain Consultants" analitik şirkətinin rəhbəri Ross Yanqa istinadən məlumat yayıb.

Mənbəyə görə, "iPhone 17 Plus" standart "iPhone 17" və "iPhone 17 Pro" modelləri ilə flaqman "iPhone 17 Pro Max" arasında aralıq mövqe tutacaq. "Apple"ın belə bir addım atmasının səbəbləri açıqlanmır.

"Apple" smartfonlarının hazırkı xətti dörd modeldən ibarətdir: 6,1 düymlük ekranlı "iPhone 15" və "iPhone 15 Pro", həmçinin 6,7 düymədək artırılmış displeylər təklif edən "iPhone 15 Plus" və "iPhone 15 Pro Max". Artıq iki ildir ki, "Apple" bu taktikanı izləyir - "iPhone 12" və "iPhone 13" sıralarında Plus əvəzinə 5,4 düymlük ekrana malik "iPhone" mini təqdim edilib.

Bəlkə də bu yolla "Apple" istifadəçilərin gözündə Plus və Pro Max modelləri arasındakı fərqi artırmaq istəyir. Məsələn, bu il əsas "iPhone 16" və "iPhone 16 Pro" müxtəlif ekranlar alacaq - müvafiq olaraq 6,1 və 6,3 düym, Pro Max isə 6,9 düymədək artırılmış displey təqdim edəcək.

"iPhone 16" seriyasının elanının bu ilin sentyabrında, "iPhone 17" xəttinin təqdimatının isə 2025-ci ilin sentyabrında baş tutacağı gözlənilir.

Paşa Məmmədli

Seçilən
104
5
Mənbələr
Şərh ()
Bağla