AZ

İsrail İrana üç raket atıb

İsrail bu gün, aprelin 19-da İran ərazisinə endirdiyi zərbə zamanı üç raketdən istifadə edib. İsrail ordusu hava hücumundan müdafiə radar sistemini hədəfə alıb.

Redaktor.az bu barədə ABC News-a istinadən xəbər verir.

Adı açıqlanmayan amerikalı məmur nəşrə bildirib ki, İsrail qırıcılarının hədəfə aldığı İsfahan şəhəri yaxınlığındakı hava hücumundan müdafiə radar kompleksi İranın nüvə obyektinin mühafizəsinin bir hissəsidir.

"İlkin hesablamalara görə, zərbə radar kompleksini sıradan çıxarıb, lakin bu, yekun məlumat deyil" - ABC News mənbəsi qeyd edib.

O, həmçinin əlavə edib ki, İsrail belə bir hücumla belə imkanlara malik olduğunu göstərmək istəyir, lakin eskalasiyanı istəmir.

Xatırladaq ki, İran hərbçiləri aprelin 13-dən 14-nə keçən gecə İsraili kütləvi şəkildə atəşə tutub. Hücum zamanı onlar dron və raketlərdən istifadə ediblər.

Öz növbəsində, İsrailin cavabı bu gün, aprelin 19-da baş tutub. Hücumda İsrail Müdafiə Qüvvələri raket və dronlardan da istifadə edib.

ABC News mənbələri İran ərazisində “bir obyektin vurulduğunu” bildiriblər. İsfahan şəhəri yaxınlığındakı hərbi baza yaxınlığında partlayış səsləri eşidilib.

Turan İSMAYIL

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla