AZ

Mask İsrailin İrana hücumunu ironik şəkildə şərh edib

Amerikalı sahibkar İlon Mask Yaxın Şərqdə İsrail və İran arasında münaqişənin kəskinləşməsini, eləcə də İsrail əsgərlərinin İrandakı obyektə raket zərbəsi endirməsi ilə bağlı xəbərləri şərh edərkən amerikalı vergi ödəyicilərini xatırlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, fikirlərini “X” sosial şəbəkəsində (keçmiş Twitter) paylaşıb.

Mask “X” sosial şəbəkəsinin istifadəçilərindən birinin İranın 8-ci Hərbi Hava Qüvvələrinin İsrail ordusunun hücumu üçün potensial hədəf ola biləcəyi ilə bağlı paylaşımını şərh edib. Müəllif xatırladıb ki, orada 1970-ci illərdə Vaşinqtonun İrana verdiyi F-14 qırıcıları var.

“Nədənsə vergi dollarlarımız öz vergi dollarlarımızı havaya uçurur”, – deyə Musk istehzalı şəkildə bildirib.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla