AZ

Donald Tramp – “Ukraynanın sağ qalması ABŞ üçün vacibdir”

ABŞ prezidentliyinə namizəd Donald Tramp təəccüblənib ki, ABŞ və Ukraynanı bir okean ayırmasına baxmayaraq, niyə Avropa ölkələrindən daha çox ABŞ-a kömək edir. O vurğulayıb ki, Moskva ilə Kiyev arasındakı münaqişə ilk növbədə Aİ ölkələrini narahat etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Niyə Avropa Ukraynaya yardım üçün daha çox pul vermir? Niyə ABŞ Ukraynadakı müharibəyə Avropadan 100 milyard dollardan çox sərmayə qoyur, halbuki bizi okean ayırır! Niyə Avropa yardıma çox ehtiyacı olan bir ölkəyə Amerika Birləşmiş Ştatlarının yatırdığı pula uyğun pul vermir?” – deyə o yazıb.

Tramp vurğulayıb ki, Ukraynanın “sağ qalması və gücü” ABŞ üçün vacibdir, lakin bu, Avropanı daha çox narahat etməlidir.

ABŞ prezidenti postuna namizəd bir daha qeyd edib ki, əgər dövlət başçısı vəzifəsini tutsa, Rusiya ilə Ukrayna arasında münaqişənin qarşısını ala bilər.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla