AZ

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub. 

 

Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapchat”da “balaclava” filtrindən istifadə edərək şəkil yerləşdirdiyinə görə polis orqanlarından kənarlaşdırılıb.

 

Maykl gülməli fotonu yalnız zarafat kimi qəbul etdiyini və bunun belə böyük qalmaqala səbəb olacağını ağlına belə gətirmədiyini bildirib. Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Maykl 10 ay polis işləyib, hadisə baş verən vaxt isə məzuniyyətə ikən baş verib. Bu qərar onun barəsində daxil olan şikayətdən sonra verilib. İki gün sonra mer Mark Meyson hüquq-mühafizə orqanının əməkdaşını formada fotoşəkil çəkdirdiyinə görə irad tutaraq işdən çıxarıb.


Məlumata görə, Maykl polis idarəsində çəkilmiş şəkli “Snapchat”da qapalı qrupa göndərib, lakin görüntü hansısa vasitə ilə internetə sızıb.

 

Mayklın vəkili Stiv İmm verilən reaksiyanı “qrotesk biabırçılıq və ədalətin alçaldılması” adlandırıb, müvəkkilinin irqçi olmadığını və yumor hissinə görə cəzalandırıldığını iddia edib.

 

Qeyd edək ki, fotoşəkildə Maykl qara maskalı poza verdiyi üçün mer bunun irqçiliklə bağlı zarafata işarə olduğunu bildirmiş.

 

“Bizim icma polis şöbəmizdə irqçi davranışa və ya irqçilik görüntüsü yaradan hər hansı bir şeyə yer yoxdur" - deyə Meyson qərarını izah edib.

 

Aysel

sfera.az

Seçilən
252
Mənbələr
Şərh ()
Bağla