AZ

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Superliqa:

Bakı, 20 aprel, AZƏRTAC

Türkiyə Superliqasında 33-cü tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Beşiktaş" evdə "Ankaragücü" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 18-ci dəqiqədə Ernest Muçi və 67-ci dəqiqədə Cekson Muleka vurub.

Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Ankaragücü" isə 37 xalla on üçüncü yerdə qalıb.

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla