AZ

Trampın məhkəməsi zamanı dəhşət: naməlum şəxs binanın qarşısında özünü yandırdı - VİDEO

Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Trump Organization” təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı işi üzrə dinləmələrin keçirildiyi məhkəmə binası qarşısında naməlum şəxs intihara cəhd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişi məhkəmə binasının qarşısındakı parka girərək havaya fişənglər atıb. Daha sonra bel çantasından nəsə çıxararaq özünü yandırıb.

Yanğına dərhal müdaxilə edilərək söndürülüb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır.

İntiharın səbəbi açıqlanmır.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla