AZ

İsrail İrana hücum üçün məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil

İsrail hakimiyyəti rəsmi olaraq İrana raket hücumuna görə məsuliyyəti üzərinə götürməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yəhudi dövlətinin hökumət və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

“Gözə göz, dişə diş. İsrail hücuma məruz qaldığı kimi cavab verib”, – nəşrin mənbəsi bildirib.

Eyni zamanda, nəşrin mənbələrindən biri qeyd edib ki, yəhudi dövləti strateji səbəblərdən İrana hücuma görə məsuliyyəti öz üzərinə götürməmək qərarına gəlib. Digər məsələlərlə yanaşı, söhbət Tehranın insidenti “zavodda baş verən partlayış” ilə əlaqələndirmək və münaqişənin genişlənməsinin qarşısını almaq istəyindən gedir.

Aprelin 19-da səhər saatlarında ABC telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən İsrailin İran ərazisinə raket hücumu təşkil etməsi barədə məlumat yayıb. Buna səbəb İslam Respublikasının aprelin 14-nə keçən gecə baş verən yəhudi dövlətinə hücumu olub.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla