AZ

Super Liqa: “Beşiktaş”dan “Ankaragücü” üzərində inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Beşiktaş” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

33-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
33-cü tur
19 aprel

Beşiktaş – Ankragücü 2:0
Qollar: Muçi, 18. Muleka, 67.

20 aprel

14:30. İstanbulspor – Fatih Karagümrük
17:00. Konyaspor – Alanyaspor
20:00. Kayserispor – Trabzonspor
20:00. Samsunspor – Adana Dəmirspor

21 aprel

14:30. Başakşəhər – Rizəspor
20:00. Antalyaspor – Hatayspor
20:00. Qalatasaray – Pendikspor
20:00. Qaziantep – Kasımpaşa

22 aprel

21:00. Sivasspor – Fənərbaxça

Seçilən
145
2
Mənbələr
Şərh ()
Bağla