AZ

Ard-arda iki güclü təkan yeri silkələdi

Şənbə günü səhər saatlarında Sakit okeanda Cənubi Kuril adalarında 4,7 bal gücündə təkanlar qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

İlk seysmik hadisə yerli vaxtla səhər saat 8 radələrində Şikotan adasının Malokurilskoye kəndindən 110 kilometr cənubda qeydə alınıb.

Təxminən bir saat sonra ikinci zəlzələ 4,7 bal gücündə, episentri Kuşnair adasındakı Qolovnino kəndindən 59 kilometr cənub-şərqdə baş verib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Burhan,

KONKRET.az

Seçilən
158
Mənbələr
Şərh ()
Bağla