AZ

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Blinken

Bakı, 20 aprel, AZƏRTAC

Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken "X" sosial şəbəkə hesabında bildirib.

“Bu, dayanıqlı cə ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
123
9
Mənbələr
Şərh ()
Bağla