AZ

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanımünasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfliməsələləri həll etməyə çağırır.

Trend xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsminümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“O (Baş katib), aprelin 19-da Ermənistan və Azərbaycan arasındadövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarıarasında əldə edilmiş razılaşmanı alqışlayır”, - deyə məlumatdabildirilir.

“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyasıvə demarkasiyasını davam etdirməyə və münasibətlərin tamnormallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həlletməyə çağırır”, - Düjarrik əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
29
43
Mənbələr
Şərh ()
Bağla