AZ

Orxan Məmmədov vacib oyundan əvvəl "Zirə"ni ziyarət etdi - Şəkillər

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Zirə”nin oyunöncəsi son məşqini klub rəbərliyi də izləyib.

QOL.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun idarə heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər. 

Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. Hazırda 4-cü pillədə qərarlaşan "Zirə" qalib gəlsə, 2-ci yerə yüksələcək. 3-cü yerdə olan "Neftçi" isə heç-heçə etməklə də 2-ci pilləni ələ keçirə bilər. Oyun saat 19:00-da başlayacaq.








SəhifəninYuxarı

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla