AZ

“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı - Kardioloq Niyaz Hüseynov

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə pasiyentləri arasında böyük rəğbət qazanmış həkim-kardioloq Niyaz Mənsim oğlu Hüseynov haqqında məlumatları təqdim edirik.
 
O, 1966-cı ildə Yevlax rayonunda anadan olub. 1984-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1992-1993-cü illərdə indiki Kliniki Tibb Mərkəzində internatura keçib.
 
Niyaz Hüseynov 1993-2006-cı illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq, 2006-2016-ci illərdə Yevlax RMX-da baş həkimin müalicə işləri üzrə müavini, 2017-2021-ci illərdə Terapiya şöbəsinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildən etibarən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyətini davam etdirməkdədir.
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla