Almaniya aviaşirkəti İsrailə uçuşları ləğv etdi.
NOCOMMENT.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, dünən Almaniyanın Lufthansa aviaşirkəti təhlükəsizliklə bağlı 20 aprel tarixinə qədər Tel-Əvivə bütün uçuşları ləğv etdiyini açıqlayıb.
Məlumata görə, Lufthansa aviaşirkəti bununla bağlı açıqlamasında bildirib:
“Sərnişinlərin və ekipajın təhlükəsizliyi həmişə prioritetdir. Lufthansa şirkəti təkcə hökumətin qiymətləndirmələrinə etibar etmir, həm də mövcud təhlükəsizlik vəziyyətini özü dəyərləndirir və sonra öz qərarlarını verir”.