AZ

Tarixi səfərdən öncə Ərdoğan açıqlaması: “Elə-belə gəlmir”

İraq Baş naziri Məhəmməd Şiyə əs-Sudani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra ölkəsinə səfərindən danışıb.

Teleqraf.com xəbər verir ki, terrorla mübarizədə Türkiyəyə dəstək siqnalı verən Sudani Ərdoğanın səfərinin adi bir səfər olmayacağını deyib.

Baş nazir Türkiyə liderinin aprelin 22-də İraqa gələcəyini açıqlayıb:

“Türkiyə prezidentinin İraqa səfəri elə-belə səfər olmayacaq. İlk dəfədir iki ölkə arasında məsələləri təxirə salmaqdansa, həll etmək iradəsi var”.

İraq ərazilərinin Türkiyəyə qarşı hücum bölgəsinə çevrilməsinə icazə verməyəcəklərini bildirən Sudani su probleminin həllini Ərdoğanla birlikdə nəzərdən keçirəcəklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla