AZ

Andersonun nağılları

Danimarkalı Hans Kristian Anderseni tanımayan az olar. Ədəbiyyatı kafi qiymətlərlə oxuyanlar belə haçansa bu adı bir dəfə də olsa, eşidib.

Andersen dünyada ən məşhur nağılçı kimi tanınıb. Onun nağılları 100-dən çox dilə tərcümə olunub.

"Neftçi"nin də bir nağılçısı var. Digər Skandinaviya ölkəsi İsveçdən dəvət edilən nağılbazın yarım adaşı Yens Anderson dünən mətbuat konfransında əməlli-başlı nağıl danışıb - tanış olun (https://futbolpress.az/v2/news-details/128102/).

Heç olmasa, Andersenin nağıllarını uşağa danışıb vaxtında yuxuya verirdik - faydası olurdu, uşaqların vaxtında yatması onların hormonal və s. inkişafı üçün əvəzsizdir.

Bəs biz yarım adaşın nağıllarında nə kimi fayda götürə bilərik?

Baxdınız?

Oxudunuz?

Nə düşünürsünüz?

Nağılbazın yarım adaşı yarım ildir burdadır və ilk dəfə indi media önünə çıxıb. Guya hesabat vermək üçün, lakin dediklərinə baxırsan, ciddi heç bir informasiya yox, vəd yox, təhlil yox. Xalis nağılbaz.

Deyir ki, bu məsələlər uzun zaman aparar... İstənilən nəticə əldə etməkçün uzun zaman lazımdır. Və s.

İdman direktoru kimi dedikləri korrektə deyil, yəni bilinmir bura gəlişinin rolu nədən ibarət olacaq. Klubun akademiyası barədə də söz xatirinə söz deyib. Akademiya barədə ciddi ölçülər götürülməliykən, Andersonun dediklərinə baxın - nala və mıxa vurur, hədəfə isə vura bilmir.

Böyük ödənişli əcnəbinin idman direktoru kimi strateji posta təyinatının məntiqi də beləcə bla, bla, bla...

Bir sözlə, bezdirici nağıllar... Nə çoxdu belə ağıllılar. Gətirilir, faydası olmur, göndərilir...

Nağıl davam edir. "Neftçi"ninsə akademiyadan tutmuş, klubun idarəetmə strukturunadək təcili düzəlməyinə ciddi ehtiyac var.

Elçin Cəlilov

PS: 
Bir dəfə də olsun, akademiyanın həndəvərində görünməyən isveçli qonağımız necəsə düzəldiləcəyindən danışır. Dedik ki, nağıl...
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla