AZ

Bakıda kişi tanışını öldürdü

Bakı. Trend:

Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonuərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğukəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonunBakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanıtanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncununhəmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinəəsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. ElşənMəmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismindətutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
41
14
Mənbələr
Şərh ()
Bağla