AZ

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Kamal

Bakı, 20 aprel, AZƏRTAC

Qafqaz Albaniyasının tarixi ilə bağlı əsassız iddia irəli sürənlər, yəni, qonşu Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər.

Onlar “Böyük Ermənistan” xülyasının, öz ölkələri üçün tarix düzəltməyin arxasınca gedirlər. Ancaq Azərbaycanda siyasət elmdən nəticələr gözləyir. Bu aspektdən yanaşdıqda, həqiqət bizim tərəfimizdədir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq konfransda çıxışı zamanı deyib.

K.Abdulla bildirib ki, Azərbaycan dövlətçiliyi elmin ona təklif etdiyi iddialardan çıxış edir.

“Azərbaycanın əsas ideoloji fərqi də bundan ibarətdir. Bizim həqiqətimiz odur ki, tarixin dərinliklərinə nəzər saldıqda mədəni-tarixi abidələrimiz bu reallığı özündə ehtiva etməkdədir. Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində tarixçilərin, ədəbiyyatşünasların birgə əməyi son dərəcə vacibdir”.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla