AZ

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatıilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünənisbətən 31,9 faiz artaraq 6,2 min nəfər olub.

Bu barədə Trend-əDövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərinhəcmi 1935,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünənisbətən 6,1 faiz artıb. Yüklərin 49,6 faizini neft yükləri təşkiledib. Dəniz limanları tərəfindən 3319,8 min ton həcmindəyükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2677,0 mintonunu və ya 80,6 faizini tranzit yüklər təşkil edib. 2024-cü ilaprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 197,5min ton olub.

Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında nəqliyyatçılar452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faiziavtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digərnəqliyyat növləri ilə daşınıb.

Seçilən
99
3
Mənbələr
Şərh ()
Bağla