AZ

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

Formula 1 üzrə dünya çempionatının Çin qran-prisində təsnifat mərhələsi baş tutub. İlk sessiyada gözlənilməz nəticələr qeydə alınıb.

Yeddiqat dünya çempionu Lyuis Həmilton 18-ci nəticə göstərərək mübarizəni dayandırıb. Ondan başqa Quanyu Jou, Kevin Maqnussen, Yuki Tsunoda və Loqan Sarcint növbəti sessiyaya keçə bilməyib.

İkinci sessiyada qəza baş verib. Karlos Sayns son döngədən çıxanda idarəetməni itirirək divara çırpılıb. Nəticədə yarışa 10 dəqiqəlik ara verilib. Xoşbəxtlikdən “Ferrari” maşınını dərhal bərpa etmək mümkün olub. İspan sürücü yüksək nəticə ilə final sessiyasına adlaya bilib. Lens Stroll, Daniel Rikkardo, Esteban Okon, Aleksandr Albon və Pyer Qasli isə yarışı dayandırıblar.

Son sessiyada hər şey öz qaydasında keçib. Maks Ferstappen ənənəvi olaraq hamıdan yaxşı nəticə göstərərək yarışa birinci yerdən start vermək hüququ qazanıb. İkinci nəticəni Peres, üçüncünü isə Alonso göstərib.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla