AZ

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Azamat

Bakı, 20 aprel, AZƏRTAC

Qafqaz Albaniyasının tarixi Şərqin, İslamın və Türk dünyasının tarixidir. Bu dövlətin tarixi ilə Türk tarixi arasında sıx bağlılıq mövcuddur. Hazırda Qafqaz Albaniyası tarixinin öyrənilməsi ilə bağlı böyük işlər görülür. Araşdırmaya ilkin mənbələri cəlb edərkən özümüz üçün yeni səhifələri açmaqdayıq.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Azamat Ziyo “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, tarixi mənbələri bir araya gətirməyin vacibliyindən söz açıb. Bildirib ki, Qafqaz Albaniyası ilə bağlı irsin öyrənilməsində qarşılıqlı kömək vacibdir.

“Özbəkistanda bu istiqamətdə 40 mindən çox əlyazma var. Bu əlyazmalar əsasən ərəb, fars dillərindədir. Başqa ölkələrdə də çoxsaylı əlyazmalar vardır. Özbəkistan dövləti olaraq Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırıq”, - deyə qonaq bildirib.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla