AZ

Şagirdləri istismar edən məktəb direktoru həbs edilib

Türkiyədə bir müddət əvvəl bəzi şagirdlərə sataşdığı iddiası ilə saxlanılan məktəb direktoru əvvəlcə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, davam edən araşdırma zamanı başqa bir şagird məktəb direktorundan şikayət edib.

Prokurorluğun qərarı ilə yenidən saxlanılan direktor məhkəməyə sövq edilib.

9 şagirdi istismar etdiyi iddia edilən şübhəli, növbətçi Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.

Məsələni izləyən vəkil Eda Vural mətbuata açıqlama verərək, bir şagirdin şikayəti ilə başlayan istintaqda şikayətçilərin sayının 9-a yüksəldiyini bildirib və “Prokurorluq şübhəlini məhkəməyə göndərib. Sülh cəza hakimliyi isə bu gün verilən qərarın doğru olduğuna inanırıq və bunun uyğun olduğuna inanırıq" dedi.

Müəllif: Söylü Ağazadə
Seçilən
103
Mənbələr
Şərh ()
Bağla