AZ

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq

Dünya

Vaşinqton, 20 aprel, AZƏRTAC

“Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq”.

Bu fikirləri COP29 nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 20-də Vaşinqtonda keçirilmiş “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbirdə iştirak edən Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun qlobal direktoru Cennifer Sara AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.

“Bu ilki sammit iqlim maliyyələşməsinə həsr olunub və bu, çox vacib mövzudur. Biz Dünya Bankı olaraq digər inkişaf bankları ilə birlikdə ölkələrin iqlim məqsədlərini yerinə yetirə bilməsi üçün özəl, dövlət sektoru və digər mənbələrdən maliyyələşməni həyata keçirmək istiqamətində işləyirik”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
133
2
Mənbələr
Şərh ()
Bağla