AZ

Bayden ABŞ-nin ilk dəfə 90 kq uran istehsal etdiyin açıqlayıb

Bakı. Trend:

ABŞ tarixində ilk dəfə ölkədə 90 kiloqram zənginləşdirilmiş uranistehsal edilib.

Trend xəbərverir ki, bu barədə ABŞ prezidenti Co Bayden Vaşinqtondaseçkiqabağı kampaniyası çərçivəsində çıxışında deyib.

Baydenin sözlərinə görə, ABŞ-də bu ilin sonunadək bir tona qədəruranın istehsal olunacağı nəzərdə tutulur ki, bu sayədə 100 min evienerji ilə təmin etmək mümkün olacaq.

"Zənginləşdirilmiş uran istehsalı ABŞ-nin neft idxalındanmüstəqilliyə nail olmaq cəhdlərindən biridir", - o deyib.

Xatırladaq ki, ötən ay "Bloomberg" agentliyi ABŞ və digər Qərbölkələrinin nüvə yanacağının bahalaşması fonunda daha əvvəlmühafizə olunan uran mədənlərində fəaliyyəti bərpa etdiyiniyazıb.

Məlumatda qeyd olunub ki, ABŞ şirkətləri Vayominq, Texas,Arizona və Yuta ştatlarında mədənlərdə fəaliyyəti bərpaedirlər.

Qeyd edək ki, bu ştatlardakı uran mədənləridən əksəriyyətininfəaliyyəti 2011-ci ildə Yaponiyanın "Fukusima-1" atom elektrikstansiyasında qəzadan sonra dayandırılmışdı. Nəticədə nüvəyanacağının qiyməti kəskin ucuzlaşmış, bir çox uran mədənləri isəziyana uğramışdı.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
171
50
Mənbələr
Şərh ()
Bağla