AZ

Kəndlərimiz necə qaytarıldı? - Zəfərə aparan yol

Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tarix yazmağa davam edir. Onun rəhbərliyi ilə Azərbaycan bu gün yaxşı mənada bütün dünyanı təəccübləndirir. Bu gün İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, sülhməramlılar vaxtından tez Azərbaycandan çıxarılıb və Qazağın 4 kəndi bir güllə belə atılmadan qaytarılıb.

İki ölkənin heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması növbəti uğurumuzdur. İllərdir tapdaq altında qalan torpaqlarımızın qan tökülmədən qaytarılması İlham Əliyevin uğurlu siyasəti ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev bu kəndlərin qaytarılması məsələsini illər öncə qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı.

Ermənistan tərəfindən işğal edilmiş 4 kəndin Azərbaycana qaytarılmasında 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanatın rolu böyükdür. Həmin sənəddə sülh üçün tarixi imkanlardan bəhs edilir. Burada Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə edir, Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini bildirir.

Dünənki razılaşma deməyə əsas verir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Belə ki, Qərb bu ittihamlar ilə Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək məqsədi güdüb.

ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər. Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəsiz diplomatiya bunun bariz nümunəsidir. Ermənistan sivil davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin oluna bilər.

Bu gün İlham Əliyevin uğurlu siyasətinin, nüfuzunun nəticəsi olaraq Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Dövlət başçımız Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaradıb. 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması İlham Əliyevin xalqa növbəti hədiyyəsidir.

İslam
Milli.Az

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla