AZ

Dünənki hadisəni həm region ölkələri, həm Qərb yüksək dəyərləndirməlidir - Türkiyəli general

Bakı. Trend:

Dünən Azərbaycan üçün tarixi bir gün idi. Azərbaycanın 44 günlükzəfərindən sonra hər sahədə necə irəlilədiyini, hədəflərinəpillə-pillə çatdığının şahidi olduq.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakıkeçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzdeyib.

Onun sözlərinə görə, bu hədəflərin tək bir insanın burnuqanamadan, qarşılıqlı dialoqla həll edilməsi son dərəcəmühümdür.

"Bu addım güclü siyasi liderlik, güclü ordu və xalqla bağlı olanbir hadisədir. Bunu həm region ölkələri, həm Qərb yüksəkdəyərləndirməlidir. Şanlı Azərbaycan tarixinə daha bir qələbəyazıldı.Əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonununanklav olmayan kəndlərinin bir güllə atılmadan, qan tökülmədənAzərbaycanın nəzarətinə qaytarılması tarixi hadisədir. Ümid edirəmki, tez bir müddətdə delimitasiya və demarkasiya, sülh prosesitamamlanar", - deyə Y.Karauz bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məqalədə:
Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla