AZ

Paşinyan imana gəlir - Ermənistan Bakı ilə RAZILAŞDI

Bakı. Trend:

Azərbaycan yeni tarix yazır. Bu gün Azərbaycana qarşı yönələnoxlar artıq həmin qüvvələrin özlərinə istiqamət almaqdadır. RəsmiBakı istənilən geosiyasi proseslərə nə qədər hazırlıqlı olduğunuson günlər növbəti dəfə isbatlamaqdadır. Artıq Azərbaycan nəinkitəzyiqlərə tab gətirmək barədə düşünür, bu gün tamamilə fərqli -hücum diplomatiyası ilə ona və regionun təhlükəsizliyinə səbəbolacaq təhdidləri aradan qaldırmaq iqtidarındadır.

Aprelin 5-də ABŞ və Avropa İttifaqı ilə keçirdiyi üçtərəfligörüşlə Azərbaycana qarşı supergüclərin dəstəyini alaraq, sülhgündəliyinin yekun həllində əlini daha da gücləndirmək planlarıqurduğu bir vaxtda rəsmi Bakı heç kimin gözləmədiyini etməyibacardı. Sülhməramlıların 2025-ci ilin sonunda Qarabağı tərk etməliolduğu halda qəfil kontingentin tamamilə Qarabağdan çıxarılmasıxəbəri Qərbə tərs şillə oldu.

Azərbaycan və Rusiya Qarabağda yerləşdirilən sülhməramlılarınölkəmizi tərk etməsini rəsmən təsdiqlədi. Proses 2024-cü ilinsentyabr ayının sonuna qədər yekunlaşacaq. Bu, Azərbaycanın nailolduğu növbəti tarixi nailiyyətdir. Burada digər maraqlı məqamxüsusilə diqqət çəkdi: Tarixdə ilk dəfə idi ki, Rusiya hərbçilərinivaxtından əvvəl başqa bir ölkənin ərazisindən çıxarırdı. Azərbaycanbuna nail olan ilk ölkədir! Beləcə, sülhməramlıların Azərbaycanıvaxtından əvvəl tərk etməsi bəzi "siyasətçilərin", ABŞ-ninölkəmizdə və sərhədlərimiz xaricində fəaliyyətinə davam edənagenturasının iddialarını tamamilə puç etdi.

Lakin görürük ki, Fransanın təsiri altında olan Qərbin nüfuzlutəsisatlarından tutmuş, digər qlobal təşkilatlara qədər bir çoxlarıCənubi Qafqazdakı proseslərdən nədənsə çox narahatlıq keçirirlər.Bu məqamda da Qərbin qeyri-adekvatlığını, ikitirəlik etdiyini əksetdirən məsələlərdən qaçmaq olmur. Ötən gün "Böyük Yeddilik" (G7)ölkələrinin xarici işlər nazirləri Azərbaycan-Ermənistanmünasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər.G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh prosesinəsadiq qalmağa çağırıb. Onlar Ermənistan və Azərbaycanı güc tətbiqetməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazibütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhənail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırıb.

Bəli, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün hökmsürməsi nöqteyi-nəzərdən Azərbaycan üçün də çox təqdirəlayiqdir.Lakin sual yaranır: Bəs, niyə G7 ölkələri Azərbaycan əraziləri 30il müddətində Ermənistanın işğalı altında olarkən bir dəfə dəolsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazibütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?

G7-lik regiona edilən müdaxilələrə də bir reaksiya versəydi,olardı balanslı siyasət. Necə ki, 5 aprel görüşündəAİ-Ermənistan-ABŞ tərəfinin Brüssel görüşü barədə Prezident İlhamƏliyev bildirib ki, ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü CənubiQafqazda əməkdaşlığa qarşıdır və Azərbaycanı təcrid etmək məqsədidaşıyır. Cənubi Qafqaz üçün hazırlanmış plan gələcəkdə böyükfəlakətə gətirib çıxara bilər.

Yaxşı olar ki, Azərbaycan dövlət başçısının bu mesajı məhz həminqüvvələri bir az da olsa, düşündürsün. Əgər həqiqətən də, regionuntəhlükəsizliyi, sabitliyi və sülh gündəliyinin pozulmaması məlumqüvvələri zərrə qədər də düşündürürsə, o zaman növbə Qərbölkələrindədir. Rusiya sülhməramlılarının ardınca onlar daErmənistan sərhədlərində “mülki missiya” adı altında yerləşdirilənNATO döyüşçülərinin, fransız kəşfiyyatçıların bölgəni tərk etmələribarədə qərar versinlər.

Artıq ötən gün - 2024-cü il aprelin 19-da AzərbaycanRespublikası və Ermənistan Respublikası arasında sərhəddəAzərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin vəErmənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanınsədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü təsdiq etdi ki, buiki ölkə arasında heç bir vasitəçiyə, üçüncü bir dövlətə ehtiyacyoxdur.

Görüş zamanı qərara alınıb ki, Ermənistan Qazaxın 4 kəndiniqaytarır. Özü də 4 qeyri-anklav kənd bir güllə atılmadan, qantökülmədən Azərbaycana qaytarılır. Bu tarixi hadisə növbəti dəfəBakı ilə İrəvanın qarşılıqlı dialoq əsasında, ikitərəfli danışıqlarçərçivəsində mövcud problemləri heç bir vasitəçi olmadan həll etməkimkanını göstərdi. Bununla Azərbaycan son 2 gündə ikinci tarixiqələbəyə imza atmış oldu.

Bu qərarla biz Azərbaycanın diplomatik gedişlər ilə dünyanıtəəcübləndirməkdə davam etdiyini deyə bilərik. 2023-cü il dekabrın7-də Azərbaycan Respublikası Prezident Administrasiyası vəErmənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadanqəbul edilmiş birgə bəyanat tarixi sənəd idi. Həmin sənəddə sülhüçün tarixi imkanların olduğu qeyd olunaraq, Azərbaycan vəErmənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə birdaha dəstəklərini ifadə etdilər.

Ermənistan, görünür, səhv etməkdən qorxur. 4 il ərzində bununağrı-acısını hələ də üzərindən ata bilməyən Paşinyan, çox güman,anlayır ki, götürdüyü öhdəlikləri yerinə yetirməli və təhlükəsiz,sülh şəraitində yaşamaq istəyirsə, mütləq şəkildə atılması gərəkolan addımları bir az da gecikdirərsə, bu dəfə onu heç kim xilasedə bilməyəcək. Görünür, elə ona görədir ki, Ermənistanın başnaziri Nikol Paşinyan 3 gün əvvəl Tavuş vilayətində kənd sakinləriilə görüşündə "Biz son 30 ildir regionda “bespredel” şəraitindəyaşayırıq", - deyərkən nəyi nəzərdə tutduğunun açıqlamasını verməkməcburiyyətini hiss edib.

Paşinyanın sözlərinə görə, bu vəziyyətə son qoymağın, təkcəölkədə deyil, həm də regionda qanunun aliliyini bərqərar etməyinvaxtı çatıb: "Bizim fikrimiz odur ki, insanlar deməsin, Azərbaycanniyə sərhəddə yaxındır, desin ki, nə yaxşı Azərbaycan 50 metraralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyatquracağıq və s.". Paşinyan sözünə, vədinə xilaf çıxacağı təqdirdəyeni bəla ilə qarşı-qarşıya qalacağının fərqindədir.

Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıqdan sonra NikolPaşinyan növbəti açıqlaması ilə diqqət mərkəzinə düşüb. O bildiribki, Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masasıarxasında həll etdi.

Təkcə bu fakt Ermənistan hərbi və siyasi rəhbərliyinəAzərbaycanla razılaşmaqdan başqa yollarının qalmadığını düşünməküçün kifayət edir. Bu gün Cənubi Qafqazın geosiyasi düzəninimüəyyənləşdirən Prezident İlham Əliyev şəxsiyyəti təkcəAzərbaycanın 30 ildən çox idi tapdanan, heçə sayılan, bir çoxlarıüçün hətta unudulan haqq və hüquqlarını bərpa etmir, o, eynizamanda, regionun, bütövlükdə dünyada ədalətliliyin təbliğatçısı,müdafiəçisi kimi xüsusi çəkiyə malik siyasətçidir.

Təkcə son 4 il - 2020-ci il sentyabrın 27-dən Prezident İlhamƏliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr -44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr antiterrorəməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarınınAzərbaycandan çıxarılmasına başlanması və 2024-cü il aprelin 19-da4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanatdeməyə əsas verir ki, Azərbaycan bu gün tarixinin ən güclü dövrünüyaşayır və yeni zəfərlər uzaqda görünmür.

Ötən gün əldə edilən tarixi qələbə Qərb-ABŞ tandemininAzərbaycana qarşı qarayaxma kompaniyasını da iflasa uğratdı. Əldəolunan nəticələr - 7 dekabr və 19 aprel bəyanatları bir daha onungöstərir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yenimüharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa birşey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öziradəsinə tabe etdirərək, regiondakı proseslərə müdaxilə etmək üçünvasitə kimi istifadə məqsədi daşıyır. İndi bu deyilənləri qalırErmənistanın anlaması. Nikol Paşinyan hakimiyyəti Qərbin, ABŞ-ninəlində alətə çevrildiyinin fərqində olmasa və bundan qurtulmaq üçünpraktiki addımlar atmağa çalışmasa, erməni xalqı hər zamanzülm-zillət içində yaşamağa davam edəcək.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla