AZ

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Baş

Bakı, 20 aprel, AZƏRTAC

"Bakıdakı Dünya Kubokunda müxtəlif ölkələrdən ulduz gimnastlar iştirak edirlər. Bu bizim üçün olduqca xoş məqamdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku barədə danışarkən deyib.

O, bu yarışın Olimpiada ilinə təsadüf etməsi baxımından əhəmiyyətindən də bəhs edib: "Burada iştirak edən bir çox idmançılar artıq lisenziya əldə ediblər. Qazana bilməyənlər isə şanslarını bu Dünya Kubokunda sınayacaqlar".

Baş katib turnirdə ilk dəfə mübarizə aparan gənc gimnastların şanslarını dəyərləndirib: "İdmançılarımız arasında Zöhrə Ağamirovanın daha çox təcrübəsi var. O, dəfələrlə mötəbər yarışların mükafatçıları sırasında yer alıb. Amma Kamilla Seyidzadə ilk dəfə Bakıdakı Dünya Kubokunda qüvvəsini sınayır. İnanıram ki, gənc idmançılarımızın hər biri belə yarışlarda təcrübələrini daha da artıracaqlar. Təbii ki, hər şey onların özlərindən asılıdır".

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla