AZ

“Həkimlərimizi tanıyın!” rubrikasında Nəsimi Cabbarovu təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə yüksəkixtisaslı həkim-kardioloq Nəsimi Cabbarovu təqdim edirik. SİA xəbər verir ki, dr.Nəsimi Cabbarov Mərkəzi Gömrük Hospitalında anadangəlmə ürək qüsurlarının diaqnostika və müalicəsində yüksək peşəkarlıqla fəaliyyət göstərir. Eyni zamanda pediatrik invaziv proseduları- qapalı ürək əməliyyatları icra edir, Fetal Exokardioqrafiya, Transtorasik Doppler Exokardioqrafiya, Transezofaqial Exokardioqrafiya və pediatrik invaziv prosedurları həyata keçirir. Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nesimi-cabbarov/.

Dr.Nəsimi Cabbarov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında internatura təhsili almışdır. O, 2006-2011-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində revmokardioloq, pediatr kimi işləmiş, 2011-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Uşaq kardiologiyası şöbəsində və Türkiyənin digər ürək damar mərkəzlərində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Nəsimi həkim 2015-2018-ci illərdə dövlət tibb müəssisəsində həkim-kardioloq kimi çalışmış və 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir. Dr.Nəsimi Cabbarov daim öz üzərində çalışır, müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.

O, 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Mehmet Akif Ersoy Göğüs və Kalp Damar cərrahiyyəsi Eğitim Araşdırma Xəstəxanasının uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə və 2015-ci ildə Acıbadem Universiteti Atakent xəstəxanasının Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursları keçmişdir.

Nəsimi həkim 2018-ci və 2019-cu illərdə Türkiyənin İstanbul şəhərində keçirilən XVII və XVIII Beynəlxalq Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi konfransında iştirak etmişdir. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiologiya Dərnəyinin, Türkiyə Pediatrik Kardioloji və Ürək Cərrahiyyəsi Dərnəyinin üzvüdür. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla