AZ

“Məni milliyə çağır“ - “Real”ın ulduzu baş məşqçiyə XƏBƏR GÖNDƏRDİ

“Real”ın müdafiəçisi Lukas Vaskes hələ də İspaniya millisinin gələn ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyətində yer almağa ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, milli komandayla Avropa çempionatına getməyi arzuladığını bildirib:

“Ümid edirəm ki, baş məşqçi De la Fuente “el klassiko”ya baxıb və hələ də məni xatırlayır. Mən İspaniya millisi ilə Avropa çempionatına getməyi arzulayıram”.

Vaskes aprelin 21-də “Barselona” ilə oyunda (3:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Vaskes sonuncu dəfə İspaniya millisinə 2018-ci ildə, Rusiyada keçirilən dünya çempionatı zamanı çağırılıb.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla