AZ

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

Tailand

Bakı, 23 aprel, AZƏRTAC

Tailand və Qazaxıstan 30 gün ərzində səfərlər üçün qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Panpri Phitthanukon qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündən sonra Banqkokda keçirilən brifinqdə deyib.

“Bu gün Tailand və Qazaxıstan turizm sahəsində iki mühüm sənəd imzalayıb: vizasız rejim haqqında saziş və qarşılıqlı anlaşma barədə memorandum. Bu, turizm sahəsində əməkdaşlığı gücləndirəcək və insanlar arasında əlaqələri daha da genişləndirəcək. Ötən il Tailanda 172 min qazaxıstanlı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 190 faiz çoxdur”, - deyə Panpri Phitthanukon bildirib.

Ötən ilin sentyabrında Tailand hakimiyyəti pilot layihə çərçivəsində Qazaxıstan pasportuna malik şəxsləri viza prosedurundan azad edib. İndi Qazaxıstan vətəndaşları üçün vizasız rejim vaxt məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Bu il Qazaxıstandan Tailanda gələn turistlərin sayının 220 mini ötəcəyi gözlənilir.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla