AZ

“Bu, müharibəyə səbəb olacaq hadisə olmayacaq” – AÇIQLAMA

“Tavuşdakı mitinq müharibəyə səbəb olacaq hadisə olmayacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmadan sonra Tavuşda aksiyaların start götürməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, baş verənlər süni maneədir.

“Yaradılan süni maneədir və öz dövlətlərinin siyasi iradəsinə tabesizlikdir. Nikol Paşinyan polis orqanları, lazım gələrsə, xüsusi təyinatlılarla aksiyanı yatırdacaq və əhalini ordan köçürməlidir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi də Qazax istiqamətində öz tədbirlərini görüb:
“Əgər sərhəddə təxribat törədəcəklərsə, Azərbaycan tərəfi də buna cavab verəcək.

Qısa zamanda baş verən hadisələr yekunlaşacaq. Aksiya müharibəyə səbəb olacaq hadisə olmayacaq”.

Səxavət Məmməd

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla