AZ

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

AFFA hələ də mlli komandamıza yeni baş məşqçi tapmayıb. Canni de Byazinin gedişindən sonra vakant qalan postu tutmağa müxtəlif namizədlərin adı səslənsə də, dəqiqləşən bir şey yoxdur.

Tezliklə Millətlər Liqasının oyunları başlayacaq. Lakin komandanı həmin yarışa kimin hazırlayacağı bilinmir. AFFA bir neçə əcnəbi mütəxəssislə paralel olaraq danışıqlar aparır, daxildə müzakirələr gedir.

Bəs, yekun qərar nə vaxt veriləcək? “Futbolinfo”nun sorğusuna AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli cavab verdi: “A milli komandaya baş məşqçi təyinatı AFFA üçün əsas prioritetlərdən biridir. Bir müddətdir ki, bəzi mütəxəssislərlə danışıqlar davam etdirilir. Sadəcə, məsələ rəsmiləşmədiyi üçün konfidensial saxlanılır və ad açıqlaya bilmərik. Yaxın vaxtlarda danışıqlar yekunlaşıb, məsələ rəsmiləşən kimi ictimaiyyətə bu barədə məlumat verəcəyik”.

Bizdə olan blgiyə görə, AFFA danışıq apardığı çoxsaylı mütəxəssislərdən sonuncu ikisinin üzərində dayanıb. Bütün detallar dəqiqləşəndən və qərar veriləndən sonra məsələ İcraiyyə Komitəsinin may iclasında həllini tapacaq.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla