AZ

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

Cibuti

Bakı, 23 aprel, AZƏRTAC

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasına görə, Cibuti sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, 28 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının yerli bölməsi hakimiyyət orqanlarının axtarış və xilasetmə işlərini davam etdirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Efiopiyanın Cibutidəki səfirliyinin məlumatına əsasən, aprelin 8-də ölkənin şimal-şərqindəki Qodoriya sahillərində içərisində 60-dan çox miqrantın olduğu başqa bir qayıq batıb. Beynəlxalq Miqrasiya Təşkilatı hadisə yerində uşaqlar da daxil olmaqla, 38 miqrantın cəsədinin tapıldığını, daha 6 nəfərin isə itkin düşdüyünü bildirib.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla