AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası: Təcrübəli cərrah Nazilə Balakişiyeva

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız növbəti təbibimiz təcrübəli cərrah Nazilə Tahir qızı Balakişiyevadır.
 
O, 12 yanvar 1963-cü ildə Gəncə şəhərində anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1988-1989-cu ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsində internatura kursu keçib.
 
Daha sonra 2007-ci ilədək hərbi hospitalda ümumi cərrah kimi fəaliyyətə başlayıb. Nazilə Balakişiyeva 2007-2018-ci illərdə vəzifəsini Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinin ümumi cərrahı olaraq dəvam etdirib. O, 2018-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışır.
 
Qeyd edək ki, həkim I Qarabağ və Vətən müharibələrində ön cəbhədə yaralı əsgərlərimizə zəruri tibbi yardım göstərib.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla